“Azərbaycan-Türkiyə birgə hərəkət edir, İran da çalışır ki, bu koordinasiya alınmasın. Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiya açılım siyasətinə başlayıb və burada Azərbaycan da yer alıb. Məhz iki ölkə birlikdə Türk dünyasını genişləndirərək, həm Xəzər regionunu, həm Qafqazı, həm də Mərkəzi Asiyanı əhatə edən geopolitik mərkəz yaradırlar, təbii ki, İran da bu vəziyyətə qısqanclıqla yanaşır, hər vəclə bu birliyin əleyihinə çalışır”.
Bu fikirləri 7times.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqil olan gündən İran bu ölkənin varlığına düşmən kəsilib, azərbaycançılığa, türkçülüyə qarşı nifrəti ilə mübarizə aparır. Şiə məzhəbi adından istifadə edərək Azərbaycanda siyasi terror agentura şəbəkəsi yaradlıb. Bu prosesin qarşısı mütləq alınmalıdır:
“İran neftdən gələn pulları Yaxın Şərqdə terrorçu qruplaşmalar yaratmağa xərcləyir. Rəsmi Tehran xarici ölkələrdə silahlı birləşmələr yaradaraq onları idarə etməklə öz ambisiyalarını həyata keçirməyə çalışır. Bu çirkin niyyətini Azərbaycanda da gerçəkləşdirmək arzusundadır. DTX-nın ifşa etdiyi casuslar İran terror təşkilatı yaratmaqla məşğul idilər. İranın Azərbaycana qarşı hibrid müharibəsi davam edir və o bu müharibədə mütləq uduzacaq. Azərbaycan bu hücumların qarşısını qətiyyətlə alır və alacq. İran Yaxın Şərqdə apardığı qeyri-konstruktiv, destruktiv, həmçinin militarist siyasətini Cənubi Qafqaza köçürməyə çalışr. Bunun qarşısını alan Azərbaycandır. Azərbaycan Türkiyə ilə birlikdə Rusiyanın regionda mövqelərinin zəifləməsi qarşılığında İranın artan rolunun qarşısını alır. İran Azərbaycana qarşı açıq kartla oynayır və əmin olsunlar ki, belə məkrli hərəkətləri məhz öz əleyhlərinə işləyəcək”.
7Times.az
Follow @7timesaz