İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.
APA xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərdə baş verən son hadisələr nəzərdən keçirilib.
Həmçinin müxtəlif siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində birgə layihələr, bank və konsulluq məsələləri və digər sahələrdə ikitərəfli münasibətlərə dair müzakirə aparılıb.
Eləcə də Cənubi Qafqaz regionunda baş verən hadisələrə və Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq səylərinə, regional əməkdaşlığın müxtəlif formalarına, müntəzəm siyasi məsləhətləşmələr formatlarına nəzər salınıb.
Follow @7timesaz