Dünya

İsrail XİN: “Hizbullah” və Livanla genişmiqyaslı müharibə yaxınlaşıb

İsrail XİN: “Hizbullah” və Livanla genişmiqyaslı müharibə yaxınlaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail “Hizbullah” və Livanla genişmiqyaslı müharibəyə yaxınlaşıb.

7Times.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Kats ölkə televiziyasının 12-ci kanalının efirində Holan yüksəkliklərində Məcdəl-Şəmsin atəşə tutulmasından sonra deyib.

“Məcdəl-Şəmsin atəşə tutulması, mülki şəxslərə və uşaqlara zərər verilməsi bütün qırmızı xətlər keçir, buna müvafiq reaksiya olacaq. “Hizbullah” və Livanla genişmiqyaslı müharibə anına yaxınlaşırıq”, – o deyib.

Onun sözlərinə görə, uşaqlar da daxil olmaqla azı 10 mülki şəxsin ölümü ilə nəticələnən bu hadisə bütün qırmızı xətləri keçir.