Siyasət

İsraillə Birgə Komissiyanın tərkibi genişləndirildi – SƏRƏNCAM

İsraillə Birgə Komissiyanın tərkibi genişləndirildi – SƏRƏNCAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” 6 iyun 2017-ci iltarixli sərəncamında dəyişiklik edib.

7times.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncama əsasən, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri komissiyanın tərkibinə daxil edilib.

Xarici İşlər Nazirliyi bu dəyişiklik barədə İsrail tərəfinə müvafiq bildiriş göndərməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il mayın 22-də imzaladığı sərəncamla, sözügedən vəzifəni Valeh Ələsgərov tutur.