Sentyabrın 25-də İtaliyada yeni parlament seçkiləri keçiriləcək.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu məlumatı İtaliyanın istefaya göndərilmiş baş naziri Mario Draqi Nazirlər Şurasında təsdiqləyib.
İtaliya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Şurasının iclasında Draqi yeni seçkilərə qədər hökumətin işinin prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, pandemiya ilə bağlı fövqəladə hallar, Ukraynadakı münaqişə, inflyasiya və enerji qiymətləri hökumətin xüsusi diqqətini tələb edir.
Qeyd edək ki, bir qədər əvvəl İtaliya Prezidenti Sercio Matarella parlamentin buraxılması barədə fərman imzalayıb.
Follow @7timesaz