Türkiyə Superliqasında 2023-24 mövsümünü ikinci pillədə başa vuran “Fənərbaxça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayıraraq Joze Mourinyonu təyin edib.
Offsideplus.az xəbər verir ki, Mourinyonun rəhbərlik etdiyi “Fənərbaxça”nın 2024-25 mövsümü hazırlıqlarına başlayacağı tarix açıqlanıb. “Sarı-lacıvert”lər 22 iyunda bir araya gələcəklər.
İstanbul təmsilçisi 2-13 iyul tarixləri arasında Avstriyanın Qraz şəhərində düşərgə keçirəcək. Onlar burada 4 yoldaşlıq oyunu keçirəcək. 7 futbolçu daha sonra komandaya qoşulacaq. Mert Müldür, Ferdi Kadıoğlu, İsmail Yüksek, İrfan Can Kahveci, Livakoviç, Tadiç və Şimanski Avro-2024 üçün milli komandalarında yer alırlar.
Qeyd edək ki, Türkiyə Superliqasında yeni mövsümə avqustun 9-da start veriləcək.
Follow @7timesaz