Cəmiyyət

“Jurnalistlər binası”nı tikən şirkətin əmlaklarının müsadirəsi ilə bağlı yekun qərar verilib

“Jurnalistlər binası”nı tikən şirkətin əmlaklarının müsadirəsi ilə bağlı yekun qərar verilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalistlər binası”nı tikən şirkətin əmlaklarının müsadirəsi ilə bağlı yekun qərar verilib

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi üzrə apellyasiya məhkəməsinin qərarından “Jurnalistlər binası”nın tikintisini aparan “Portos” MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, şikayət ərizəsində şirkətə məxsus əmlakların xüsusi müsadirədən azad olunması xahiş edilib.

Həmin əmlaklara Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kvadratmetr qeyri-yaşayış sahəsi və bir ədəd “TEREX 820” markalı Az-10-R-460 qeydiyyat nömrəli traktor, bir ədəd “TEREX CTT 181/B-8 TS21” markalı qülləli kran və onun teleskopu, bir ədəd “RDK-25-2” markalı tırtıllı kran, bir ədəd “Ford Transit” markalı 90-JT-489 qeydiyyat nömrəli avtomaşın, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı nasos, bir ədəd “Amkador 333B” markalı Az-90-E-610 qeydiyyat nömrəli frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi, 2 ədəd beton tökmək üçün taxtabənd daxildir.

Ali Məhkəmə şikayəti əsassız hesab edib, əmlakların xüsusi müsadirəsi ilə bağlı qərar qüvvədə saxlanılıb.

“Portos” MMC əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə hazırda Vüqar Səfərli ilə birgə həbsdə olan Nadir Məmmədov rəhbərlik edib.

MMC “Jurnalistlər binası”nın tikintisində podratçı şirkət olub.

Qeyd edək ki, bir müddət əvvəl Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərar ləğv olunub. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.