Kambocanın Baş naziri Hun Sen tutduğu vəzifədən istefa verib və bu vəzifəni oğluna həvalə edib.
“AzPolitika.info” xəbər verir ki, Hun Sen iyulun 23-də keçirilən seçkilərdə Kamboca Xalq Partiyasının qalib gəlməsindən sonra 40 ilə yaxındır ki, baş nazirlik etdiyi vəzifəsindən istefa verdiyini açıqlayıb.
O, 3 həftə sonra Baş nazir postunu tərk edəcəyini, vəzifəyə oğlu Hun Manetin keçəcəyini açıqlayıb.
Digər tərəfdən, vəzifəsindən istefa verən Hun Senin ölkə idarəçiliyindən uzaqlaşmayaraq senat sədri kimi karyerasını davam etdirəcəyi gözlənilir.