Aktual

Kəşfiyyat orqanları Moskvanın yeni hədəfini üzə çıxardı: “Əgər bu baş verərsə…”

Kəşfiyyat orqanları Moskvanın yeni hədəfini üzə çıxardı: “Əgər bu baş verərsə…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyanın yaxın vaxtlarda Moldovaya hücum edə biləcəyini irəli sürüb.

Sfera.az bildirir ki, bu barədə İngiltərənin “Times” qəzeti məlumat yayıb. Ukrayna kəşfiyyat mənbələri Moskvanın Moldovaya nəzarət edəcəyi təqdirdə, Odessanın daha asan hədəf olacağını bildirib. Yazıda, həmçinin qeyd olunub ki, Moldova ordusu cəmi bir neçə min əsgərdən ibarətdir.
Digər tərəfdən, ötən həftə Moldova Təhlükəsizlik Şurası, separatçı Dnestryanı bölgənin Tiraspol şəhəri yaxınlığındakı hərbi hissəyə “terror aktı” həyata keçirildiyini açıqlayıb. Yerli xəbər agentliyi olan “Novosti PMRin məlumatına görə, partlayışlar Dnestryanıda Təhlükəsizlik Nazirliyinin qərargahını zədələyib və Sovet dövründən qalma radio antenalarını üzə çıxarıb. Bundan başqa, bölgədə daha iki hücumun həyata keçirildiyi bildirilib.