İdman

Mbappedən sonra “Real Madrid”ə NÖVBƏTİ ŞOK: Futbolçu ala bilmirlər

Mbappedən sonra “Real Madrid”ə NÖVBƏTİ ŞOK: Futbolçu ala bilmirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Monako”nun futbolçusu Orelen Çuamenini transfer etməyə yaxın olan “Real Madrid” klubu PSJ-nin həmləsi ilə üzləşib.

7Times.az  Goal.com-a istinadən xəbər verir ki, PSJ klubu “Monako”ya yüksək miqdarda təklif göndərib.İddialara görə, “Real Madrid” “Monako” ilə 100 milyon avro qarşılığında razılıq əldə edib. Lakin PSJ-nin yüksək təklifindən sonra ispanlar fransız təmsilçisi yenidən danışıqlar masasına əyləşmək məcburiyyətində qalıb. “Monako” vergilərin də “Real Madrid” tərəfindən ödənilməsini tələb edir.

Qeyd edək ki, “Real Madrid” Kilian Mbappe ilə razılıq əldə etsə də, PSJ-nin yüksək məvacibli təklifindən sonra hücumçu klubu ilə müqaviləsini uzatdı.