İranda məşhur aktrisa Panteya Bəhramın “Aslan dərisi” serialının sonuncu bölümünün nümayişinə hicabsız getməsi qalmaqala səbəb olub.
7Times.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, aktrisanın “Lotos” kinoteatrında baş tutan sözügedən tədbirə baş örtüyü olmadan qatılmasına görə kinoteatrın direktoru vəzifəsindən kənarlaşdırılıb.
Ölkənin Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktorunun müavini Həbib İlbeginin sözlərinə görə, kinoteatrla bağlı da araşdırmalar aparılacaq və yaxın günlərdə müəssisə ilə bağlı qərar veriləcək.
Follow @7timesaz