Manşet

Moskva Ermənistanı BELƏ CƏZALANDIRDI – İrəvana ikinci ŞOK

Moskva Ermənistanı BELƏ CƏZALANDIRDI – İrəvana ikinci ŞOKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəhbərliyi iki gün bundan əvvəl təxminən bir həftə bundan qabaq Qaragölə kimi gedib çıxan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edərək yerinə hərb sahəsində heç bir təcrübəsi olmayan Suren Papikyanı yeni nazir təyin etdi. Karapetyanın Qaragöl səfərindən saatlar sonra 60 erməni hərbçisinin iki Kamazla Azərbaycanın mövqelərinə doğru soxulmaq cəhdinin uğursuz olması, Ermənistan hərbi-siyasi rəhbərliyinə dərs olmadı. Əksinə ermənilər daha da azğınlaşmağa başladılar.

İş o yerə gəlib çatdı ki, erməni terrorçusu Azərbaycan hərbçilərinin dayandığı posta qumbara atdı, yaralılarımız oldu. Bununla belə erməni təxribatı dayanmadı ki, dayanmadı. Düşmənçilik, revanşist ideyalarından asan-asan əl çəkənə oxşamayan ermənilər çox keçmədi ki, növbəti irimiqyaslı hərbi təxribata başladılar. Bu isə məhz Paşinyanın yeni müdafiə nazirini təyin etməsindən cəmi bir gün sonra baş verdi.

Öncə onu qeyd edim ki, Papikyanın Ermənistanın ordusuna nazir təyin edilməsindən sonra təxribatların səngiyəcəyini gözləyənlər yanıldılar. Çünki “Arşak Rusiyanın adamıdır, burada rus əli var” iddiaları son hadisələrlə demək olar ki, özünü tam da doğrultmadı. Papikyanın Ermənistan hərbisinin başına keçməsini Paşinyan təyin etdi, o Paşinyan ki, Qərbin maraqlarına xidmət etməsi faktları dəfələrlə təsdiqini tapıb.

 

Bəs həqiqətənmi Ermənistan rəhbərliyi artıq təxribatları, Azərbaycanla gərginliyi istəmir, bunda maraqlı deyil? Hər iki nazirin dönəmində biz sərhəddə gərginliyin lokal savaşdan çıxacağı siqnallarını gördük. Dəyişməyən Paşinyandır. Demək əsas sifarişlər hazırda Ermənistan ordusuna məhz Paşinyan tərəfindən verilir. Paşinyan isə təbii ki, həmişə olduğu kimi Qərbin sifarişini yerinə yetirir. Xüsusən də Türk Dövlətləri Təşkilatının İstanbuldakı son zirvəsi görünür gözü Türkiyəni, Azərbaycanı götürməyən, türk dünyasının bu qədər bir-birinə sıx yaxınlaşmasından narahat olan dövlətləri, güc mərkəzlərinin yuxusunu qarışıdrmaqda davam edir. Son hadisələr fonunda hər zaman dünyanın super güclərinin maşası olan erməni amilinin ən optimal seçim kimi yenə də aktuallığını qoruduğunu gördük.

Azərbaycan torpaqlarının 30 il əvvəl erməni quldurları tərəfindən işğalı beynəlxalq qətnamələrdə pislənilsə də, hətta bu qətnamələrə ilk imza atan dövlətlər sırasında Fransa, ABŞ-ın adı birincilərdən olsa da keçən ilin sentyabrına kimi Ermənistana gözün üstə qaşın var deyilmədi. Lakin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun özü gücü hesabına işğala son qoyaraq BMT-nin 4 qətnaməsini icra etdiyindən narahatlığını gizlətməyən həmin güc mərkəzləri, həmin dövlətlər dünənki hadisələrdən sonra gözə dəyməyə başlayıblar. Azərbaycan əsgərinin iki postu ələ keçirməsindən həmin dəqiqə narahat olan Qərb, bəs niyə Azərbaycanın 26,6 min km/kv ərazisinin işğalına, talanmasına, narkotranzit kimi istifadə edilməsinə 30 il səssiz qaldı?! Təbii ki, bu kimi suallar ritorik məna daşıyır. cavabı hər birimizə indi daha aydın olur.

 

Görünən isə odur ki, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündən sözügedən qüvvələr ciddi narahatlıq keçirdikləri üçün Paşinyana vəziyyəti gərginləşriməklə Zəngəzur dəhlizi (kommunikasiyaların açılması) məsələsinə mane olmaq, məsələnin reallaşması vaxtını uzatmaqla Azərbaycana və onun üzərində Türkiyəyə təzyiq haqda düşünüblər. Bəllidir ki, təbii ki, Ermənistan Azərbaycan Ordusunun qarşısında hazırki reallıqla çox acizdir. Lakin Qərb bir güllə ilə iki hədəf nişan alıb və onlar bu məsələyə Rusiyanı qatmaq üçün Ermənistandakı bütün əlaltılarını məhz Ruisyaya təzyiq etməyə, Azərbaycana hərbi müdaxilə edib geri çəkilməsini təmin etməklə rəsmi Bakı və Ankara ilə Moskvanın münasibətlərini korlamaq planını işə salmaq istədilər. Bununla da Minsk Qrupunun iki həmsədri ABŞ və Fransa Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb çıxarılaraq yerində peyda olmaq niyyəti daşıyır. Bunun təsdiqi kimi Ermənistandan guya Azərbaycanın onların sərhədlərini pozaraq ərazilərinə daxil olub, torpaqlarını işğal etdikləri ilə bağlı əsassız yardım istəyini Rusiyanın rəhbəri olduğu KTMT “Ermənistan-Azərbaycan sərhədindəki gərginlik siyasi və diplomatik yolla həll edilməlidir” cavabı ilə İrəvanın müraciətini demək olar ki, cavabsız qoydu.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Ermənistan hesab edir ki, sərhəddə yaşanan böhranı ilk növbədə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) köməyi ilə həll etmək mümkündür. Lakin mövcud strukturla böhranı həll edə bilməsək, başqa strukturlara, yəni digər beynəlxalq tərəfdaşlara müraciət etməli olacağıq” deməklə isə açıq-aşkar Rusiyaya hədə gəldi. Ağasını satacağı ilə Rusiyanı qorxutmağa çalışan Ermənistan hərbi-siyasi rəhbərliyinin bu cəhdi də bir nəticə vermədi.

 

Lakin Ermənistan siyasi dairələrindən, müxtəlif strukturlarından Moskvaya hədə-qorxular səngimədi. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan bildirib ki, Rusiya hökuməti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə reaksiya verməsə, İrəvanın Moskvaya qarşı münasibətləri dəyişəcək. Rusiyanı həm Qərbə satan, həm də ondan kömək uman Ermənistan anlamır ki, ikili oyunu artıq Moskvanı da təngə gətirib.

Rusiyanın son ana qədər lokal hərbi toqquşmaya müdaxilə etməməsi deməyə əsas verir ki, Rusiya Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun adekvat addımlarından, Paşinyanı “ağıllandırmasından” məmnun idi. Rusiya bununla növbəti dəfə Ermənistana “mənsiz sən heç kimsən” demək istədi.

Nikol Paşinyan 44 günlük müharibədə olduğu kimi, bu dəfə də cəzalandırıldı. Dünən Putinə qarşı mitinq keçirən, Moskva (üçtərəfli) görüşündən imtina edən, danışıqların formatını dəyişmək istəyən, Kremlə arxa çevirən Ermənistan bu gün Rusiyaya yalvarmağa başladı. Rusiya dünən bunun həzzini yaşadı deyə bilərik. Nəticədə Azərbaycan çox vacib yüksəkliklərə yiyələndi. Hələ də ərköyün davranışlarından, qərarlarından əl çəkməyən Paşinyanı dünənki sükutla yenidən tərbiyə etməyə çalışdı.

 

Əgər rəsmi İrəvan tezliklə danışıqlar masası arxasında dinc şəkildə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan müddəaları icra etmək əvəzinə təxribatlarına davam edəcəksə, Azərbaycan Ordusu 30 illik işğala son qoyduğu kimi sərhəd boyu eskalasiya prosesini də özü icra edərək, güc yolu ilə delimitasiya, demrakasiya işlərini tamamlayacaq.

Azərbaycan əsgəri isə sərhəddə möhkəmləndikcə, bu, Ermənistanda neqativ reaksiya doğuracaq və qarşı tərəf təxribata meyllənəcək, necə ki bunun artıq şahidi oluruq. Bu isə Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq, daha çox xaosa sürüklənəcəklər. //oxu24