Dünya

“MÜTTƏFİQLƏRİN KÖMƏYİ YETƏRLİ DEYİL”  “Ukraynanı Rusiya raketlərindən necə müdafiə etmək olar?”

“MÜTTƏFİQLƏRİN KÖMƏYİ YETƏRLİ DEYİL” – “Ukraynanı Rusiya raketlərindən necə müdafiə etmək olar?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya qarşı apardığı döyüşlərdə istədiyini əldə edə bilmədiyindən Kiyevi strateji iflic vəziyyətinə salmaq üçün bu ölkənin enerji sektoruna və digər mühüm infrastruktur obyektlərinə çoxsaylı raket və dron zərbələri endirir. Ukrayna bütün imkanları ilə Rusiyanın raket hücumlarını dəf etməyə çalışsa da, hələlik buna tam nail olmayıb. Elə bu səbəbdən də Ukraynanın iri şəhərlərində ciddi enerji kəsintiləri yaşanır.

“AzPolitika.info” xəbər verir ki, Latviyanın “The Insıder” internet portalı “Ukrayna şəhərlərini Rusiya raketlərindən nəylə və necə müdafiə etmək olar” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur.

Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Amerikanların hesablamalarına görə, əgər müharibənin ilk 11 günündə Rusiya ordusu 600 raket (hər günə 55 raket) zərbəsi endirmişdisə, döyüşlərin 26-cı günündə (21 mart) -1100 raket ( hər günə 42 raket), 4 apreldə – mühribənin qırxıncı günündə isə Rusiyanın buraxdığı ümumi raket sayı 1400-ü ötmüşdü, yəni gündəlik buraxılan raketlərin sayı 35-ə kimi azalmışdı.

Ukrayna prezidenti 10 may tarixində (müharibənin 76-cı günü) Rusiyanın Ukraynaya ümumilikdə 2154 raket (bir gündə 28 ədəd) zərbəsi endirdiyini bildirmişdi.

Ukrayna Milli Təhlküəsizlik Xidmətinin 21 iyul tarixinə olan məlumatına görə, Rusiya Ukraynaya 3650 raket zərbəsi vurmuşdu ki, bunun da 1486 ədədi qanadlı, 1403 ədədi isə “hava-yer” sinfindən olub. Hazırda Rusiyanın buraxdığı raketlərin sayı gündəlik 20 raket səviyyəsinə düşüb və bu, azalmaqda davam edir.

Artıq bu ilin yazında raketlərin sürətlə tükənməsi barəsində (müharibəyə qədərki ehtiyatın yarısı) və onların daha az səmərə verdiyi haqda məlumatlar gəlməyə başladı. Həm də ki, raket atəşləri böyük fasilələrlə, epizodik xarakter daşıyırdı. Əgər müharibənin ilk günlərində əsas etibarı ilə “Kalibr” və “İskəndər” raketlərindən istifadə olunurdusa, sonradan Rusiya ordusu yerüstü hədəfləri vurmaq üçün tədricən “Oniks” və “X-22” gəmilər əleyhinə raketlərdən və hətta “S-300” zenit raketlərindən atəş açmağa başladı.

Rusiya müharibə başlayandan indiyədək Ukraynaya təxminən 5000 ədəd raket atıb. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya müharibədən öncə ehtiyatında olan “İskəndər” Operativ Taktiki Raketlərinin əksəriyyətini sərf edib və onların yalnız 13 faizi qalıb. Bundan əlavə, rusların ixtiyarında dənizdə bazalaşan “Kalibr” reketlərinin 43 %-i, ”X-101” və “X-555” aviasiya raketlərinin isə 45 %-i qalıb.

Rusiya havadan atılan “X-59”, ”X-22” və “X-101” raketlərindən başqa, İranın “Geran” dronlarından da istifadə edib. Bu, Pilotsuz Uçuş Aparatları “dron- kamikadze”, hətta “təyyarə-mərmi” adlandırılır və çox ucuz başa gəlir( hesablamara görə onun bir ədədi 20-30 min dollara başa gəlir). Ancaq raketlərin qiyməti bir neç milyon dolları aşır. İndiyədək Rusiya 400-dən artıq “Geran” sitifadə edib.

 

 

“Geran” dronlarını yaradan iranlı mütəxəssislər onu assimetrik müharibə üçün nəzərdə tutublar. Yəmən və Fələstin müqavimət qüvvələri ondan istifadə edirlər. Həmin dron kamikadzelər düşmənin Hava Hücumundan Müdafiə sistemlərinin diqqətini yayaındıraraq 50 kiloqramlıq döyüş başlığı ilə stasionar hədəflərə zərbə vurur.

Ukrayna Hava Hücumundan Müdafiə sistemləri özünü necə göstərib?

Ukrayna Hava Hücumundan Müdafiə sistemləri müharibədən əvvəl yalnız “S-300” sovet sistemi, orta radiuslu özüyeriyən “Buk-M1” Zenit Raket Kompleksi (70 ədəd) və sayları tam bəlli olmayan “Tor-M1”, ”Kub”, ”Osa”, “Strela-10” və “S-200” HHM sistemlərinə malik olub.

 

 

Mənəvi və fiziki cəhətdən köhnəlmiş sovet istehsalı olan Hava Hücumundan Müdafiə vasitələri eşalonlaşdırılmış kontura daxil olub, yəni RLS və komanda məntəqəsi ilə vahid bir sistemdə işləyib. HHM-lər səmərəliliyi gözlənilmədən uğurlu olub.Tam təsdiqlənmiş faktlara görə Rusiya ordusu 63 döyüş təyyarəsi və 67 vertolyot itirib(Ukrayna tərəfə düşənlər), ona görə də döyüşlərin getdiyi təmas xəttində Rusiya hücum təyyarələri və vertolyotları(Su-25, K-52) çox nadir hallarda peyda olurlar. Rusiyanın bombardmançı “Su-24M” və “Su-34” təyyarələri də HHM vasitlərinin olduğu zonalarda az-az görünürlər.

Əgər rusların xüsusi hərbi əməliyyatının komandanı general Sergey Surovikinə inansaq, müharibənin 8 ayı ərzində Rusiya aviasiyası 34 min, PUA-lar isə 8 mindən artıq döyüş uçuşu həyata keçirib.

Bütün bunlardan belə çıxır ki, gün ərzində ruslar PUA-larla 30 uçuş, pilotlu aviasiya ilə 140 uçuş yerinə yetiriblər. Bu, olduqca azdır. Belə ki, otuz il bundan əvvəl beynəlxalq koalisyanın İraqa qarşı keçirdiyi “Səhrada fırtına” əməliyyatında 110 min uçuş yerinə yetirilmişdi ki, bunun da yarısı birbaşa döyüş tapşırıqları olub. Göründüyü kimi, həmin vaxt 42 gün ərzində gündəlik 1300 döyüş uçuşu yerinə yetirilib.

Beləliklə, Ukrayna HHM sistemləri düşmən təyyarələrinin havada hakimiyyəti ələ keçirməmələri ilə bağlı tapşırığın öhdəsindən gəliblər. Amma Raket Əleyhinə Müdafiə(RƏM) məsələsi tamamilə başqa söhbətdir. Rusiyanın 10 oktyabr hava hücumları zamanı ukraynalılar 108 hava hücumundan(84 qanadlı raket və 24 PUA) 56-nı dəf edə bilmişdilər (43 qanadlı raket və 13 PUA). Bu isə 50 faizdən yuxarı göstəricidir.

Ukraynanın RƏM sistemlərinin səmərəliliyi iki xüsusiyyətdən asılıdır: 

1. Eyni anda buraxılan raketlərin sayından və onun daşıyıcı növləri (dəniz, hava, quru sistemləri) və coğrafi mövqedən (Rusiya ərazisindən, Qara dəniz akvatoriyası və Xəzər dənizindən); 

2. İstifadə olunan zərbə vasitələrinin tipindən.

Birinci xüsusiyyət müəyyən mənada aydındır: müxtəlif istiqamətlərdən nə qədər daha çox raket buraxılarsa, onların yaxalanması bir o qədər mürəkkəbləşir.

İkinci xüsusiyyət birbaşa HHM vasitələrinin texniki imkanları ilə bağlıdır.

Ukrayna Silahlı Qüvvələrinin Hava Gücləri komandanlığının rəsmi nümayəndəsi Yuri İqnatın sözlərinə görə, ukraynalılar “Kalibr”, ”X-101”, ”X-555” qanadlı raketlərinin öhdəsindən gələ bilirlər. Lakin təyyarələrdən buraxılan “X-22”, ”X-31”, gəmilər əleyhinə “Oniks” raketlərinə, “İskəndər” OTR-ə qarşı durmaq olduqca çətindir. Hipersəsli “Kinjal”raketinə qarşı HHM-in nəsə etməsi isə mümkünsüzdür.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski “The Economist” nəşrinə deyib ki, oktyabr ayında Rusiyanın buraxdığı 25 balistik raketdən və “İskəndər” kompleksindən cəmi üçü zərərsizləşdirilib.

Nəhayət, İran istehsalı olan “Geran-2” “təyyarə mərmilər” barəsində danışaq. Hazırda ukraynalılar bu dronların 75 fazindən çoxunu vura bilirlər və onlara qarşı mübarizədə Ukrayna öz HHM sistemlərini əlavə yükələmək məcburiyyətində qalır, bunun üçün qiymətli raketlərini sərf edir.

Müttəfiqlər Ukraynaya kömək edir, amma bu, kiafəyət deyil

Açıq mənbələr tərəfindən vizual təsdiqə dayanan məlumata əsasən müharibə ərzində Ukrayna Silahı Qüvvələri 60 ədəddən çox Hava Hücumundan Müdafiə sistemindən məhrum olub. Onların içərisində “S-300” qurğuları və otuzdan artıq RLS və radarlar var. Belə görünür ki, real itkilər daha artıqdır və bu, müharibədən əvvəlki vasitələrin 30-40 faizinə çatır.

Amma hər necə olsa, Qərbin Ukraynaya HHM-lərlə köməyi çox azdır. İlk əvvəl Ukraynaya daşınabilən yaxın radiuslu zenit kompleskləri verdilər və həmçinin hazırda Slovakiyada, Bolqarıstanda və Yunanıstanda istismar edilən sovet HHM-lərin verilməsi barədə danışıqlar getdi. Rusiyanın payızda başlatdığı raket zərbələrinə qədər Ukrayna xaricdən çox az miqdarda HHM almışdı. Bunlara Slovakiyadan gətirilmiş “S-300” divizionu və ona qoşulacaq 40 raket, Almaniya və Britaniyadan “Gepard” və “Stormer” özüyeriyən zenit qurğuları, həmçinin Çexiyadan gətirilmiş və sovetlərdən qalma köhnə “Strela-10” və ya “Osa” kompleksləri daxildir.

 

 

Amma 10-11 oktyabr tarixli raket hücumlarının səhəri ABŞ-ın birləşmiş qərargah rəisləri komitəsinin sədri Mark Milli hava hücumundan daha səmərəli qorunmaq üçün Ukraynaya yardım göstərəcəklərini vəd etmişdi.

Bundan sonra Ukrayna Almaniyadan orta radiuslu yeni “IRIS-T SLIM” HHM -lərinin ilk komplekslərini aldı( dörd kompleks vəd edilib). Bu sistemlər 20 kiliometr hündürlükdəki və 40 kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Bu komplekslə yanaşı Ukraynaya 250 kilometr məsafədəki 1500 hədəfi avtomatik müşayiət edən qabaqcıl çoxfunksiyalı “TRML-4D” radiolakasiya sistemləri də verilib.

 

 

“IRIS-T” raketlərini Kiyev rayonlarında yerlşdiriblər. Ukrayna hakimiyyəti bildirir ki, ”IRIS-T” Zenit Raket Kompleksi rusların atdığı on raketdən doqquzunu zərərsizləşdirib.

Noyabrın əvvəlində Ukraynaya ABŞ-Norveç birgə istehsalı olan iki orta radiuslu “NASAMS” (National Advaced Surface -to-Air Missile System) batareyası, (səkkiz batareya vəd olunub) Qərb müttəfiqləri isə əlavə bir neçə ZRK(“Hawk”, ”Crotale”, ”Avenger”) tədarük edəcəkləri öhdəliyini götürüblər. Amma Kiyev israrla istədiyi sistemlərin bir hissəini hələ ki, almayıb və gələcəkdə ala biləcəyi şübhəli görünür.

Müharibənin ilk günlərində Ukraynanın İsrailin “Dəmir gümbəz”lə təmin edilməsi barəsində çoxlu söhbətlər gəzirdi. Prezident Zelenski Rusiyanın raket atəşlərindən müdafiə olunması üçün Ukraynaya lazımİ müdafiə vasitlərinin verilməsi ilə bağlı İsrail parlament üzvlərinə şəxsən müraciət etmişdi. Lakin istənilən İsrail silahının yollanılması siyasi məhdudiyyətlərlə bağlıdır və hələ ki, bu, mümkün deyil.

Digər yandan, ”Dəmir günbəz” ballistik və səsdən iti uçan raketlərə qarşı dayanmaq imkanında deyil və həm də ki, bu kompleks Ukrayna ilə müqayisədə daha kiçik ərazi üçün nəzərdə tutulur. İsraildəki Radiolokasiya Sistemi daha sıx ərazi üçün nəzərdə tutulub və həmçinin o, tamam başqa konfiqurasaiyadadır.

Ukrayna rəsmi şəxslərinin və xarici ekspertlərin daim söz saldıqları digər HHM növü ABŞ-ın “Patriot” kompleksidir. Bu sistemlər 160 kilometr uzaqlıqdakı aerodinamik, 50 kilometr uzaqlıqdakı ballistik hədəfləri məhv etmək qabiliyyətinə malikdirlər. Problem ondadır ki,”Patriot”lar bahalı və mürəkkəb texnologiya olmaqla yanaşı, həm də istismar şərtləri və xidmət sitemi baxımından “şıltaq” sistemdir. Bir “Patriot” batareyası təxminən 1milyard dollardır və onun istifadəsi üçün 70 nəfərlik ixtisaslaşmış personal tələb olunur.

 

 

Amerikanın “Patriot” sistemi əvəzinə Ukrayna onun Avropa analoqu olan orta mənzilli “SAMP-T” zenit raket kompleksi almaq niyyətindədir. İtaliya yeni hərbi yardım zərfində bu sistemlərdən verməyə hazır olduğunu bildirib, amma həmin sistemin sayı və çatdırılma vaxtı haqqında heç bir məlumat yoxdur.

Rusiya İranın “Geran-2” “mərmi-təyyarələri”ndən istifadə etməklə çətin ki, yaranmış vəziyyəti dəyişə bilsin. Ancaq Moskvanın almağa hazırlaşdığı İranın “Fateh-110” və “Zolfaghar” ballistik raketləri Ukraynadakı vəziyyəti ciddi şəkildə pisləşdirə bilər. Çünki onlara qarşı elə bir səmərəli müdafiə yoxdur.

İstənilən halda Kreml bir həftəlik və ya bir aylıq müddətdə lazımi zərbə raketləri yığandan sonra yenidən birdəfəlik hücum zamanı 50-100 ədəd uzun mənzilli müxtəlif raket tiplərindən və “təyyarə-mərmilərdən” istifadə etmək imkanını hələ xeyli vaxt itirməyəcək”.