Ölkə

Şimal bölgəsində təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdirilir – VİDEO

Şimal bölgəsində təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdirilir – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyunun 25-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam etdirilib.
“7Times.az” xəbər verir ki,Xaçmaz şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən sertifikatlaşdırmanın test imtahanı mərhələsində Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Milli Məclisin deputatları – iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı Əlibala Məhərrəmzadə, Mahir Süleymanlı, Azər Badamov, Müşfiq Məmmədli, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, eləcə də Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev imtahanda iştirak edən müəllimlərlə görüşüblər. Onlar müəllimlərə uğurlar arzulayıb, imtahanda bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr əldə edəcəklərinə inandıqlarını bildiriblər.
Görüş zamanı müəllimlərin peşəkarlığının qiymətləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində sertifikatlaşdırmanın əhəmiyyəti vurğulanıb.
Sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib.
Qeyd edək ki, sertifikasiya prosesində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1006 nəfər müəllim iştirak edib.