Ölkə

“Dələduzun gülüşü,başqasının göz yaşına dayanır”: Dəyanət Orucov öz hiyləsində boğulur

“Dələduzun gülüşü,başqasının göz yaşına dayanır”: Dəyanət Orucov öz hiyləsində boğulurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dələduzun gülüşü başqasının göz yaşına dayanır”

Dəyanət Orucov yeni vəzifəsində də köhnə “metodlarını” davam etdirir

Quba rayonunda idarəçilik sistemində son zamanlar diqqətçəkən dəyişikliklər baş verir. Bu dəyişikliklərin mərkəzində duran şəxslərdən biri də əvvəllər Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbərlik etmiş, hazırda isə “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat Birliyinin direktoru vəzifəsini icra edən Dəyanət Orucovdur.

Yeni təyinat – yeni ümid, yoxsa köhnə oyun?

Bir müddət əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun əmri ilə Dəyanət Orucov yeni vəzifəyə təyin olundu.

Şəhərin təmizliyinə xüsusi önəm verən və bu sahədə prinsipiallığı ilə seçilən Mahmudovun qərarı müəyyən dairələrdə ümid doğurdu.

Həqiqətən də təyinatdan dərhal sonra Mənzil Kommunal Təsərrüfat Birliyinin fəaliyyətində az da olsa, müsbət dinamika müşahidə olunmağa başladı.

Lakin bu tendensiya çox uzun çəkmədi…
Eyni ssenari, fərqli səhnə

Dəyanət Orucovun fəaliyyəti ilə bağlı “7Times.az”ın əldə etdiyi məlumata görə, onun Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbərlik etdiyi dövrdə bir neçə vətəndaşdan müxtəlif məbləğlərdə pul aldığı bildirilir. Onları işə düzəltmək vədi ilə aldadaraq, guya bu vəsaitlərin yuxarı instansiyalara çatdırıldığını deyib. Bu cür hallar rəhbərliyin “işə qəbul üçün tələb etdiyi rəsmi prosedur” adı ilə pərdələnib.

Rayon sakini danışır:

“Bir müddət əvvəl Dəyanət Orucov məndən kənd təsərrüfatı sahəsinə aid olan bir proseduru həyata keçirmək üçün pul aldı. Dedi ki, bu vəsait yuxarılara çatacaq. Amma nə iş düzəldi, nə də pulum qayıtdı. Sadəcə aldadıldım.” — deyə, adının çəkilməsini istəməyən vətəndaş bildirir.