Dünya

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı alyansa üzv edərək…

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı alyansa üzv edərək…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.

“Ukraynanın NATO-ya daxil olmsı Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilər. Biz Finlandiya və İsveçin NATO-ya qoşulmasının Rusiyanın təhlükəsizliyinə yarada biləcək təhdidi diqqətlə izləyirik”, – deyə o bildirib.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  NATO-nun bundan sonra daha təhrikedici addımlar atması istisna deyil:
“Ukraynanın bu gün NATO-ya üzv olması əslində o qədər də real deyil. Çünki ölkə ərazisində müharibə gedir. Belə bir vaxtda Alyansın Kiyevi qəbul etməsi inandırıcı görünmür. Hərçənd bu məsələ indi prezident Vladimir Zelenskinin özü üçün də prioritet deyil. Bununla belə, NATO rəsmiləri Ukraynaya “yaşıl işıq” yandırırlar. Ən azından səslənən bəyanatlar bunu deməyə əsas verir. Zelenski və komandası isə Alyansa layiq olduqlarını bildirirlər”.
Müsahibimiz qeyd edib ki, gələcəkdə hər iki tərəfdən oxşar bəyanatların intensivləşməsi mümkündür:
“Ola bilsin, NATO bu yolla Rusiyanı bir az da qıcıqlandırmaq və onun daha çox səhv addım atmağını istəyir. Hətta Kiyevin NATO- ya üzvlüyü ilə bağlı müəyyən əməli addımların da şahidi ola bilərik. Bütün hallarda dediyimiz kimi, NATO müharibənin mümkün qədər uzanmasında, Rusiyanın tələsik davranmasında maraqlıdır. Təşkilat bunun üçün çox şey etməyə hazırdır. Ukrayna vasitəsilə qurulan və qurulacaq oyunlar isə NATO- nun əsas “kart”ıdır”.