ABŞ-ın “Netflix” kino şirkəti amerikalı müğənni Britni Spirs haqda qalmaqallı sənədli film çəkib.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, Erin Li Karrın rejissoru olduğu “Britney vs Spears” (“Britni Spirsə qarşı”-red.) adlı filmin treyleri B. Spirsin bu sözləri ilə başlayır:
“Mən sadəcə öz həyatımı geri qaytarmaq istəyirəm”.
Layihədə pop ulduzun atası Ceyms Spirs, onun qəyyumluqdan sui-istifadə etməsi barədə danışılacaq.
Filmin premyerası sentyabrın 28-də baş tutacaq. Təqdimatdan bir gün əvvəl isə B. Spirsin qəyyumluqdan azad edilməsi haqqında iş üzrə növbəti məhkəmə iclasının keçirilməsi planlaşdırılıb. Proses 2008-ci ildən davam edir.
Follow @7timesaz