Cəmiyyət

“Notebook” seçərkən ən çox buraxılan səhvlər

“Notebook” seçərkən ən çox buraxılan səhvlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən “Notebook”  alıcıları qurğuların markalarına aldanaraq dəyərindən artıq pul ödəyirlər.

Gazeta.ru-nun məlumatına görə, bu barədə Rusiyada “Tet” kibertəhlükəsizlik biznesinin rəhbəri Artur Filatov xəbərdarlıq edib.

“Yaxşı tanıdılmış brendin notbukunun dəyərinə az tanınan, lakin daha güclü və dayanıqlı bir cihaz almaq mümkündür”, – deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, təkcə brendin adına diqqət yetirən istehlakçı kompüterin dəyərindən  50 faiz çox pul  ödəmək riski daşıyır.

Filatov əsas səhvlərdən birinin isə aşağı qiymət kateqoriyasından, lakin ən yaxşı markadan notbuk almaq istəyini göstərib.

“Əlbəttə ki, bu, adı olmayan şirkətdən cihaz almağa dəyər demək deyil”, – deyə mütəxəssis əlavə edib.

Filatov eyni zamanda hesab edir ki, hədəfi notbukun imkanları ilə müqayisə etmək lazımdır.

“Elə olur ki, dizaynerin kompyuterinin “Photoshop”da işləməyə gücü çatmır, ya da əksinə yolda film izləmək üçün, yaxud yalnız mətn redaktoruna ehtiyacı olan birinin həddindən artıq məhsuldar cihazı olur”, – deyə o bildirib.

Ekspert alınacaq müəyyən bir model üçün sosial şəbəkədən istifadəçi rəylərini oxumağı məsləhət görüb.

Mütəxəssis onu da vurğulayıb ki, bəzən qənaət yaxın gələcəkdə əlavə xərclərə səbəb olur. Çox ucuz notbuk vaxtından əvvəl sıradan çıxa bilər, nəticədə onu təmir etmək və ya dəyişdirmək üçün əlavə vəsait tələb olunar. Oxu.az