Hüquq mühafizə orqanları tərəfindən bu ilin yanvar-oktyabr aylarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7030 cinayət faktı aşkarlanıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.
Onlardan 2232-si narkotik vasitələrin qanunsuz satışı, 4611-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 185-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin6 ton 446 kq 419,462 qramını marixuana, 281 kq 848,682 qramını heroin,143 kq 956,179 qramını tiryək, 75 kq 167,942 qramını həşiş,153,551 qramını kokain,181 kq 415,261 qramınıdigər narkotik vasitələr və134 kq 268,036 qramını psixotrop maddələr təşkil edib.
Həmçinin, göstərilən dövr ərzində 10506 ədəd metadon, 18923 ədəd çətənə bitkisi, eləcə də 600,492 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Follow @7timesaz


