Gürcüstan xalqının özündən başqa, AB və ya ABŞ-dan heç kim Gürcüstana gəlib respublikanın maraqlarını müdafiə etməyəcək.
7Times.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
“Dəfələrlə demişəm və bir daha təkrar edirəm, heç kim düşünməməlidir ki, Avropadan və ya Amerikadan kimsə bizim maraqlarımızı qorumaq üçün gələcək. Hər kəsin öz maraqları var, hər kəs öz ölkəsi haqqında düşünür və təbii ki, biz gürcülər ilk növbədə ölkəmiz, xalqımız və gələcəyimiz haqqında düşünməliyik”, – o bildirib.
O, bir daha Qərb ölkələrinin Gürcüstan hakimiyyətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırdığını və bununla əlaqədar olaraq Avropa Parlamentinin çoxsaylı qətnamələr qəbul etdiyini xatırladıb:
“Yadınızdadırmı, bizi necə tənqid edirdilər, birbaşa təhdid edirdilər, qətnamələr qəbul edirdilər, sanksiyalar tətbiq etməyimizi tələb edirdilər, bununla da ölkəmizə, iqtisadiyyatımıza və xalqımıza zərər verirdilər. Bunlar adi ikili standartlardır. Hər kəs öz maraqlarına əsaslanaraq hərəkət edir”.
Follow @7timesaz


