Dünya

Pakistan məhkəməsindən İmran Xanla bağlı QƏRAR

Pakistan məhkəməsindən İmran Xanla bağlı QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan məhkəməsindən İmran Xanla bağlı QƏRAR 

Pakistanın Ali Məhkəməsi keçmiş Baş nazir İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib.

7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verilib.

Qeyd edək ki, Pakistanın keçmiş baş naziri İmran Xan saxlanılıb. O, aldığı hədiyyələr barədə məlumatı gizlətməkdə və dövlətə məxsus qiymətli əşyaları 630 min dollara satmaqda ittiham olunur.

İmran Xanın həbsindən sonra Kəraçi şəhərində tərəfdarları ilə hökumət rəsmiləri arasında toqquşmalar başlayıb. Belə ki, Pakistan müxalifəti keçmiş baş nazir İmran Xanın həbsindən sonra tərəfdarları kütləvi mitinqlərə çağırıb.