Ölkə

“Postsovet məkanında Nobel mükafatı laureatı olmaq da repressiyaların qarşısını ala bilmir” – XAQANİ CƏFƏRLİ

“Postsovet məkanında Nobel mükafatı laureatı olmaq da repressiyaların qarşısını ala bilmir” – XAQANİ CƏFƏRLİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin terrorçu rejim kimi xarakterizə olunan hakimiyyəti çökən kimi postsovet məkanında da represiya və məhdudiyyətlər ləğv olunmağa başlayacaq”

“Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Ales Belyatski 12 il müddətinə azadlıqdan məhrum edilə bilər. Belarus prokurorluğu Nobel mükafatı laureatını digər müttəhimlər və naməlum şəxslərlə birlikdə icazə verilən məbləğdən artıq məbləğdə pulu gömrükdə bəyan etmədən Belarusa keçirməkdə ittiham edir. Belarus prokurorluğu buna görə Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Ales Belyatskinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir

Bunu 7Times.az-a açıqlamasında politoloq Xaqani Cəfərli qeyd edib. 

Politoloq bildirib ki, Rusiyada isə Nobel mükafatı laureatı Dmitri Muratovun baş redaktor olduğu “Novaya qazeta”nın lisenziyası “Roskomnadzor” tərəfindən ləğv edilib: “Səbəb kimi nəşrin 2006-cı ildə cüzi düzəliş edilmiş nizamnaməsinin sürətinin “Roskomnadzor”a təqdim edilməməsi göstərilir. Bu həmin “Novaya qazeta” qəzetidir ki, 6 əməkdaşı Putinin iqtidarı dövründə peşə fəaliyyətinə görə qətlə yetirilib. Göründüyü kimi, Rusiyanın hakim olduğu postsovet məkanında Nobel mükafatı laureatı olmaq da repressiyaların qarşısını ala bilmir”.

Xaqani Cəfərli iddia edir ki, Putinin terrorçu rejim kimi xarakterizə olunan hakimiyyəti çökən kimi postsovet məkanında da represiya və məhdudiyyətlər ləğv olunmağa başlayacaq: “Heç şübhəsiz ki, represiyalarda iştirak edənlər buna görə qanun qarşısında cavab verməli olacaq”.

7Times.az