Analitika

Prezidentin sərəncamları: Azərbaycan xalqı dünyadakı çətinliklərdən rahat formada çıxacaq – RƏY

Prezidentin sərəncamları: Azərbaycan xalqı dünyadakı çətinliklərdən rahat formada çıxacaq – RƏYbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiyadan sonra dünyada baş verən iqtisadi çətinliklər və qiymət artımı əlbəttə ki, ölkəmizdən də yan keçməyəcəkdir. Ona görə biz də son vaxtlar müxtəlif məhsullarda, xidmətlərdə bu artımı müşahidə edirdik. Bu da hər bir halda xüsusən aztəminatlı ailələr üçün, minimum əməkhaqqı ilə çalışan işçilər üçün böyük iqtisadi və sosial çətinliklər yarada bilərdi”.

7times.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Prezident İlham Əliyevin maaşların pensiyaların, müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı sərəncamlarını şərh edərkən deyib.

O bildirib ki, prezidentin siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşı dayandığından bu məsələnin də həlli istiqamətində böyük addımlar atıldı.

“Biz müharibədən çıxmışıq, amma buna baxmayaraq, hazırda Qarabağda quruculuq işləri üçün milyardlarla dollar xərclənir. Bunun paralelində isə dövlət başçısı İlham Əliyev ölkədə maaşların, pensiyaların artırılması istiqamətində sərəncamlar verdi”, – deyə deputat əlavə edib.

Onun sözlərinə hiss olunacaq dərəcədə artım Azərbaycan xalqının dünyada baş verən iqtisadi çətinliklərdən daha rahat formada çıxmasına imkan yaradacaq.

“Bu artımlar isə bir daha göstərir ki, insanların sosial rifah halının yaxşı olması ölkə rəhbərliyinin daim diqqətindədir”, – deyə Vüqar İskəndərov fikrini yekunlaşdırıb.