Dünya

Qırğızıstandan qəribə görüntü: Məmur və polis ağaca bağlandıVİDEO

Qırğızıstandan qəribə görüntü: Məmur və polis ağaca bağlandı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament seçkilərinin nəticələri ilə bağlı iğtişaşların yaşandığı Qırğızıstanda daha bir qəribə görüntü sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda iki kişinin ağaca bağlandığı görünür.

“AKİ Press” “Telegram” kanalının məlumata görə, kadrlar Kum Dobo kəndindəndir. Ağaca bağlananlar isə kənd sovetinin başçısı və sahə polisidir.

Bildirilir ki, sakinlər kənd sovetinin başçısının yanına gələrək, onun istefasını tələb ediblər, o isə polis çağırıb və insanlara silahdan atəş açmağa başlayıb.

Bundan qəzəblənən sakinlər onları ağaca bağlayıblar.

Hadisə nəticəsində zərərçəkənin olmadığı bildirilir.

Oxu.az