Dünya

Qızı Tom Kruzu görmək istəmir

Qızı Tom Kruzu görmək istəmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən həftə sonu Viktoriya Bekhemin 50 illik yubileyini qeyd etmək üçün böyük bir ziyafət təşkil edildi, məşhur qonaqlardan biri aktyor Tom Kruz idi.

OLAY yazır ki, Kruzun qızı Surinin anası Keti Holmeslə bir yerdə ad gününü qeyd edərkən Bekhemlərin evində olması tənqid olundu.

Ancaq boş yerə Toma hücum ediblər. Hamıya məlumdur ki, o, uzun illərdir – 2012-ci ildə aktrisadan boşandıqdan sonra – qızı ilə ünsiyyət qurmayıb. Kruz yəqin ki, doğum günündə Surinin yanında olmaqdan məmnun olardı, amma Suri atası ilə görüşməkdən tamamilə imtina edir və üstəlik, yetkin olduqdan sonra onunla bütün əlaqələrnii əbədi olaraq kəsmək qərarı verib. Bu barədə “Daily Mail” məlumat yayıb.

İndi Surinin 18 yaşı var, Tom uşaq üçün aliment ödəməli deyil. Kruz qızı Suriyə kömək etməyə davam etsə belə, bu qızının onunla ünsiyyət qurmamaq qərarına heç bir təsir göstərməyəcək.

“Suri 18 yaşı olmasına baxmayaraq atası ilə əlaqə saxlamayacaq və o, zəng etsə belə, cavab verməyəcək. O, Keti və Suri üçün mövcud deyil və qızı heç bir şey üçün ona güvənmək istəmir. O, hiss edir ki, bir valideyni var, bu da onun anasıdır”, – deyə, nəşr yazır.

Yeri gəlmişkən, Tom Kruz hər il keçmiş həyat yoldaşı və qızına 400 min dollar ödəyirdi.