Ölkə

Qubada məktəb tikintisi zamanı qədim qəbirlər aşkarlandı – Fotolar

Qubada məktəb tikintisi zamanı qədim qəbirlər aşkarlandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubanın Qırız kəndində məktəb tikintisi zamanı qədim qəbirlər və saxsı məişət əşyaları aşkarlanıb.

Quba Rayon Təhsil Şöbəsindən 7times.az-a verilən məlumata görə, Qırız kəndində 20 yerlik modul tipli məktəbin quraşdırılmasına iyun ayından başlanılıb. Qəbirlər məktəbin quraşdırılması zamanı yardımçı tikili üçün qazılan ərazidə üzə çıxıb.

Onların XI-XII əsrlərə aid olduğu ehtimal edilir. Daha dəqiq və ətraflı məlumat ərazidə arxeoloqların araşdırmasından sonra məlum olacaq.

Məktəbin tikintisi dayandırılıb və faktla bağlı müvafiq dövlət qurumlarına məlumat verilib.

Qədim qəbirlər aşkarlanan əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri baxış keçirəcək.

Qubanın Qırız kəndi Qudyalçayın sahilində, Ağ dağın ətəyində, Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir.