Gündəm

“Rəsmi qurumlar illərdir görmür ki, Azərbaycanda “patı” yayılır?” – Video

“Rəsmi qurumlar illərdir görmür ki, Azərbaycanda “patı” yayılır?” – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümid Partiyasının sədri İqbal Ağazadə “Reaksiya TV”də qonaq olub. Busaat.az xəbər verir ki, o, son aylarda Azərbaycanda narkotikin, xüsusilə “patı”nın məşhurlaşmasından və kütləvi satışından danışıb.

İ.Ağazadə narkotikin satışına dövlət qurumları və onların adamları tərəfindən icazə verildiyini bildirib:  “Azərbaycanda narkotik səlahiyyətli dövlət qurumlarının və adamlarının, səlahiyyətli dövlət orqanlarının icazəsindən kənar yayılmır. Ciddi və ağır faktordur. DTX, polis və s. orqanlar illərdir görmürdülər ki, Azərbaycanda “patı” yayılır? Sərhəddən keçirsə, sərhəd qoruyucuları hara baxır. Necə olur ki, rahat şəkildə ölkəyə keçirilir? İndi burda hazırlayırlar. Deyilənə görə, gündə 3 kq-a yaxın hazırlanır. Kəndlər var ki, kütləvi şəkildə yayılıb. Görmürdülər ki, kimin əli ilə ortaya çıxarılır? Camaat, vətəndaş hər şeyi bilir. Bunun arxasında xüsusi qüvvələr var. Hakimiyyətin biləvasitə içində olan qüvvələrdir, səlahiyyətli dövlət adamlarıdır.

Əvvəlcə bu qüvvələri sıradan çıxarmaq lazımdır. Ölkədə “patı”, “şüşə” özbaşına ortaya çıxıb? Şəhərin mərkəzində olan apteklərdə “patı” satılır. Kimindir o apteklər və niyə satışına icazə verilir? Əvvəllər təkcə “Papanin”də satılırdı, indi Bakının hər yeri “Papanin”dir. Şəhərin bütün küçələrində kameralar var. Görmürlər ki, necə satılır? Niyə qarşısını almırlar? Çünki bundan pul qazanırlar. Yadınızda saxlayın ki, o pul bunu satanların balalarının burnundan gələcək. Çünki o, başqasının balalarını pis vəziyyətə salır. Kəndlər var ki, ata və oğul bir yerdə narkotikdən istifadə edir. Azərbaycanda plantasiyalar var ki, kimlərinsə nəzarətindədir. Bakı Ağır Cinayətlər məhkəməsində 5 hektar narkotik plantasiyasına görə həbs edilən adamdan sonra bilmirdilər ki, o hansı rayondadır, kimin nəzarətindədir? O plantasiyada adam da öldürülmüşdü. Amma araşdırılmadı. Peşəkar narkomanlar yeni insanlar cəlb etməklə əslində öz narkotik tələbatlarını ödəyirlər. Çünki pulları bitir və yeniləri yığmaqla bunu sığortalayırlar.