Bu gün səhər saatlarında Rusiya ordusu yenidən Ukraynaya qarşı genişmiqyaslı hücum təşkil edib.
Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, hücum zamanı ümumilikdə 704 raket və pilotsuz uçuş aparatı istifadəyə cəlb olunub.
Bildirilib ki, bunlardan 585-i İran istehsalı olan “Shahed” dronları olub və Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Müdafiə sistemləri tərəfindən 29 “X-101/İsgəndər-K və Kalibr”, eyni zamanda, bir “İsgəndər-M/KN-23” raketi də vurulub.
Qeyd edək ki, Ukrayna rəsmiləri Rusiyanın İranın hərbi dəstəyi ilə hücumlarını davam etdirdiyini vurğulayır.
Follow @7timesaz


