Tbilisidə rusiyalı telejurnalist Vladimir Poznerin qaldığı mehmanxana 10 min lari (5 min manat) cərimələnib.
7times.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Sergi Bzişvili bildirib.
Onun sözlərinə görə, karantin qaydalarının tələblərini pozduğu üçün mehmanxanaya və qonaqlarına cərimə tətbiq edilib. Bundan başqa, mehmanxanada təşkil edilən məclisin qapadılması ilə bağlı sərt xəbərdarlıq edilib.
Xəbərdarlıqdan sonra Vladimir Pozner və qonaqları polisin müşayiəti ilə avtobusla hoteldən uzaqlaşdırılıblar.
Qeyd edək ki, ərazidə polislə etirazçılar arasında fiziki qarşıdurma baş verib. Polis etirazçıların dağıdılmasına çalışır.
***
Son məlumata görə, Gürcüstanın paytaxtı Tbilisiyə gələn Vladimir Pozner və qonaqları başqa hotelə yerləşdirilib.
Rusiyalı telejurnalistin səfərinə etiraz edənlər həmin mehmanxananın qarşısında toplaşıblar və binanın qapı-pəncərələrini yumurta atəşinə tutublar.
Aksiyaçılar V.Poznerin Gürcüstanda olmasına qarşı gecə boyu etiraz edəcəklərini bildiriblər.
Batumi şəhərində də rusiyalı jurnalistin səfərinə etiraz məqsədilə Avropa Meydanında aksiya keçirilir. modern.az
Follow @7timesaz