Ölkə

“Rusiyanın qoşunu var ki, yeritsin, Qarabağa…”

“Rusiyanın qoşunu var ki, yeritsin, Qarabağa…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ona görə də, kimsə deyirsə ki, Rusiya Qarabağda “Osetiya variantı” işlədə bilər – hamısı nağıldır…”
“Rusiyanın qoşunu var ki, yeritsin, Qarabağa… Ermənistandakı bazadan söz gedirsə, orada, bildiyimə görə, cəmi 4 minə yaxın Rusiya hərbçisi var… İkincisi də, Azərbaycanın Türkiyə ilə Şuşa bəyannaməsi hüquqi baxımdan da qüvvədədir… Və Gümrüdə Putinin 4 min hərbçisi varsa,  Ərdoğanın da Ermənistanla sərhəddə 40 min mehmetciyi dayanıb. Onun qarşısında nə edə bilər Rusiya qoşunları?..”
Bunu açıqlamasında Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov “Rusiya Laçın yolundakı gərginlikdən yararlanıb Azərbaycana qarşı “Osetiya variantı” tətbiq edə bilərmi” sualını cavablandırarkən söyləyib.
“Özü də bilirik ki,  Rusiyanın həmin 102-ci bazasının, demək olar ki, heç bir yolla birbaşa quru əlaqəsi yoxdur.  Bu bazanın yeganə yolu Zəngəzur dəhlizindən ola bilər. Yəni yalnız həmin dəhliz açılsa və dəmir yolu işə düşsə, oradakı Rusiya qoşunları bu yolla təchiz edilə bilər. Hazırda onların yolu yalnız Gürcüstandandır ki, o da xüsusən qış dövründə çox çətin və narahat yoldur… Ona görə də, kimsə deyirsə ki, Rusiya Qarabağda “Osetiya variantı” işlədə bilər – hamısı nağıldır… Hər şeydən əvvəl Azərbaycanın öz  ordusu kifayət qədər təcrübəli, sayca Qarabağ və Ermənistandakı Rusiya kontingentlərindən çox və güclüdür… Və gərək olsa, Rusiya hərbçilərini də ram edə bilər…”- deyə açıqlamasının ardında istiqlalçı deputat vurğulayıb.
Sultan Laçın