SON DƏQİQƏ: Ərdoğan Qlazqo səfərindən imtina etdi – Qalmaqal

SON DƏQİQƏ: Ərdoğan Qlazqo səfərindən imtina etdi – Qalmaqalbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti G20 dövlət başçılarının Romada keçirdiyi görüşdən sonra Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Beynəlxalq İqlim Konfransında iştirak etməyəcək və Romadan Ankaraya qayıdacaq.

7times.az xəbər verir ki, bu barədə İngiltərə media qurumu “Middle East Eye” mlumat yayıb.

Media quruluşu bildirib ki, Şotlandiya rəsmiləri Türkiyənin istədiyi təhlükəsizlik protokollarının çoxunu qarşılaya bilməyəcəyini bildirdikdən sonra Ərdoğan Qlazqoa səfərini təxrirə salıb.

Romadakı türk heyəti vəziyyət barədə ABŞ rəsmilərini məlumatlandırıb və bundan dərhal sonra Ərdoğan-Bayden görüşü təşkil edilib. Halbuki liderlərin görüşünün Qlazqoda keçirilməsi gözlənilirdi.

Məlumata görə, Prezident Baydenin Romada 85 avtomobildən ibarət təhlükəsizlik protokolu var və bu, Qlazqoda da qarşılanacaq.

Buna bənzər bir tələb də türk heyəti tərəfindən edilib, Romada tətbiq edilən təhlükəsizlik protokolunun eynisini istəyib. / teleqraf.com