Dünya

Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilib

Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C-130” tipli hərbi yük təyyarəsində şəhid olan 20 əsgərlə Mürtəd Hava Bazasında keçirilən vida mərasimi başa çatıb.

“Anadolu” agentliyi xəbər verir ki, şəhidlərin nəşləri dəfn olunmaq üçün mərasimdən sonra doğma yurdlarına yola salınıb.

***

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilir.

“Report”un məlumatına görə, vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri iştirak edir.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.