Türkiyə və Ermənistan arasında əlaqələrin bərpası üzrə xüsusi elçilər artıq təyin olunub. İrəvanı bu missiyada Ermənistan Milli Məclisi sədrinin müavini Ruben Rubinyan, Ankaranı isə ABŞ-dakı sabiq səfiri Serdar Kılıç təmsil edəcək.
Xüsusi elçilər bu danışıqlarda nədən başlamalıdırlar?
Hansı məsələlər yaxın perspektivdə həll oluna, hansı məsəslələr isə sonraya saxlanıla bilər?
Azərbaycan faktoru ikitərəfli danışıqlarda nə kimi rol oynayacaq?
Nəticə etibarilə bu təmasalar 2008-ci ildəki Sürix protokollarının aqibətini təkrarlayacaqmı?
Yenisabah.az-a açıqlamasında “Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Xəyal Bəşirov qeyd edib ki, Azərbaycan amilinin bu danışıqlarda rolu olduqca mühümdür:
“Türkiyənin dövlətinin rəsmiləri, xüsusən də Prezident Rəcəb Tayyib Ərdoğan Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı Türkiyənin yeganə şərti kimi, Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişənin həlli və Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoyması ilə bağlı addımı atmasını ortaya qoyub.
Bu gün də Türkiyənin mövqeyi dəyişib. Sadəcə Türkiyə dövləti artıq Ermənistan tərəfinin Azərbaycanla sülh sazişinin imzalanmasına qədər bəzi problemlərin həlli istiqamətində hərəkətə keçib”.
Siyasi şərhçi əlavə edib:
“Brüssel görüşü öncəsi Azərbaycan və Ermənistan arasında mübadilə oldu. Mina xəritələrinin verilməsi müqabilində 10 erməni hərbçini geri qaytardı. Buna paralel olaraq Türkiyənin ilkin şərtləri müqabilində Ermənistana düzgün addımlar atmalıdır.
Soçi üçtərəfli görüşünə alternativ olan ikitərəfli Brüssel görüşündən sonra Türkiyə və Ermənistan arasında elçilərin müəyyənləşməsinin özü də bir platformadır”.
X.Bəşirov onu da vurğulayıb ki, 44 günlük müharibədən sonra Azərbaycanın yeni reallıqlar yaratması, Türkiyənin bölgədə gedən proseslərə aktiv şəkildə qoşulmasının ardınca xüsusi elçilərin təyin edilməsi ilə Türkiyə-Ermənistan münasibətlərini normallaşdırma cəhdi real addımlar tələb edir. Qondarma “erməni soyqırımı”ndan imtina da bu sıradadır”.
2008-ci ildə imzalanmış Sürix protokollarına oxşar hansısa sənədin qəbul edilib-ediməyəcəyini isə zaman göstərəcək”, – deyə ekspert fikirlərini sonlandırıb.
Follow @7timesaz