Ölkə

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi Şabranda belə qeyd edildi – FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi Şabranda belə qeyd edildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şabran rayonunda konsert tədbiri baş tutmuşdur.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Ulu Öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, o cümlədən müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyası, müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat verib.

Qurucusu və memarı olduğu müstəqil Azərbaycanın Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsinin isə xalqımızın milli sərvəti olduğunu bildirib.

Qeyd edib ki, dahi şəxsiyyət bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib. Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ölkəmizin tanınmış səs sənətçilərinin iştirakı ilə keçən tədbir böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda Şabran rayonunun ictimai-siyasi və mədəni həyatında fəal iştirakı və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə bir qrup ictimaiyyət nümayəndəsi Şabran rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.