Sağlamlıq

Uşaq əmizdirmək qadını XƏRÇƏNGDƏN QORUYUR

Uşaq əmizdirmək qadını XƏRÇƏNGDƏN QORUYURbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamımız ana südü ilə qidalandırmanın həm ana, həm də körpə sağlamlığı üçün əhəmiyyətini bilirik.

Araşdırmalar göstərir ki, ən azı 6 ay əmizdirən anaların döş xərçənginə tutulma riski azalır. Elmi izahat budur ki, qadınlarda estrogen hormonu ana südü zamanı azalır və buna uyğun olaraq xərçəng hüceyrələrinin inkişafının qarşısı alınır. Ana südü ilə qidalanmanın yumurtalıq xərçəngi riskini də azaltdığı bildirilir. Bu səbəbdən ən az 6 ay ana südü ilə qidalandırmaq ana sağlamlığı üçün vacibdir.

Ana südü ilə qidalanma müddəti nə qədər uzun olarsa, ana sağlamlığı üçün bir o qədər çox fayda var. 12 ay əmizdirən analarda döş xərçəngi riski ana südü verməyənlərə nisbətən 4,3% azalır.

Avstraliya Araşdırma Mərkəzinin məlumatına görə, 13 aydan çox ana südü verən anaların yumurtalıq xərçənginə tutulma riski 7 aydan az ana südü verənlərə nisbətən 63% daha azdır.

Yale Universitetinin araşdırmasına əsasən isə 2 il və ya daha çox ana südü ilə verən anaların döş xərçənginə tutulma riski 50% azalıb.

Bundan əlavə, ana südü təkcə ana üçün deyil, uşağınız üçün də xərçəng riskini azaldır. Ana südü ilə qidalanan körpələrin immun sistemi güclənir, həm həzm, həm də tənəffüs yolu infeksiyalarına yoluxma riski azalır. Uzun müddət ana südü ilə qidalanan uşaqlarda da allergiya riski də az olur.