Xaçmaz şəhəri, Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təşkil olunan “Son zəng” tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev məzunları və pedaqoji kollektivi Milli Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Xaçmaz rayonunda yeni məktəblər tikilib, mövcud binalar əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb.
Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə qeyd edib ki, bu gün Azərbaycanın gələcəyi üçün layiqli, vətənpərvər gənclər yetişir. Dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə gənclərin təhsil almalarına hər cür şərait yaradılır.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev ötən tədris ilində region üzrə təhsil sahəsində qazanılan uğurlar və əldə olunan naliyyətlər barədə məlumat verib. Xaçmaz şəhəri, Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin məzunlarının buraxılış imtahanlarında əldə etdikləri nəticələrin qənaətbəxş olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən valideynlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rəsmi hissədə tədris ili ərzində Respublika Fənn Olimpiadasında və Fənn müsabiqəsində fərqlənən şagirdlər Fəxri Fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Tədbirdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalarla davam etdirilib.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.













