Ölkə

Xaçmazda şəhid anası evlə təmin edildi – FOTOLAR

Xaçmazda şəhid anası evlə təmin edildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmazlı iş adamları şəhid anasına ev hədiyyə edib
“7Times.az” xəbər verir ki,Xaçmaz rayonundan olan iş adamları şəhid Davud Hacıyevin anası Validə Hacıyevanı evlə təmin edib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və yerli iş adamları şəhid anasının yeni mənzilində qonaq olublar. Qonaqlar şəhid Davud Hacıyevin fotolarından ibarət güşəyə baxış keçirib, şəhid anasının qayğıları ilə maraqlanıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıb. Şəhidlərimizin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.
Aytən
7Times.az