Siyasət

Xarici blogerlərin Ağdam şəhərinə səfəri başladı

Xarici blogerlərin Ağdam şəhərinə səfəri başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Show Me Azərbaijan” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlərin Ağdam şəhərinə səfəri başlayıb.

7times.az-ın xəbərinə görə, səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir. “Show Me Azərbaijan” layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.