Xudat şəhərində əhalinin istirahəti və sağlam həyat tərzinin formalaşdırılması üçün müvafiq şəraitin yaradılması məqsədilə istirahət parkları yenilənir, küçələr asfaltlanır, piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilər təmir olunur. Son dövrlər şəhərin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olub.
Yenidənqurma işləri Heydər Əliyev adına parkda davam etdirilir.
Hazırda parkın ərazisinə tamet döşənir. Görülən işlər çərçivəsində yeni ağac və gül kolları əkiləcək, oturacaqlar qoyulacaq, müasir işıqlandırma sistemi yaradılacaq, mövcud fəvvarə yenilənəcək.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev istirahət parkında görülən işlərlə tanış olub. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün tapşırıqlarını verib.








