Dünya

Zaxarova NATO ilə müharibənin başlanacağı ilə bağlı açıqlamaya münasibət bildirib

Zaxarova NATO ilə müharibənin başlanacağı ilə bağlı açıqlamaya münasibət bildiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın müdafiə naziri Boris Pistoriusun NATO ilə Rusiya arasında müharibənin 2029-cu ilə qədər başlaya biləcəyini irəli sürən açıqlamasına münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya XİN sözçüsü almaniyalı nazirin açıqlamasında təcavüzakarın məlum olduğunu söyləyib.

“İndi təcavüzkarın kim olduğuna şübhə yoxdur”, – Zaxarova vurğulayıb.