Dünya

2023-cü il gərgin il olacaq, Rusiya Ukraynada məğlub olacaq – POLİTOLOQ

2023-cü il gərgin il olacaq, Rusiya Ukraynada məğlub olacaq – POLİTOLOQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“…Bu səbəbdən də bir neçə ssenari üzərində işləyərək onların hər birinə dair ayrı-ayrılıqda özümüzün strateji və taktiki planlarımızı hazırlamalıyıq…”
“Zənnimcə, 2023-cü il gərgin il olacaq. 2022-ci ildən də gərgin olacaqdır. Ən azı indi görünən budur. Və şübhəsiz ki, bunun səbəblərindən biri Rusiyanın Ukraynadakı avantürist siyasəti və müharibəsi, digər tərəfdən isə onun təsirinin azaldığı Cənubi Qafqaz bölgəsinə marağının artmasıdır”. 
Bu fikirləri 7Times.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.
“Biz bilirik ki, Cənubi Qafqazda Türkiyə var, İran var. Üstəlik, burada hələlik coğrafi və fiziki olaraq bölgəyə yaxın olmayan, amma təsir imkanlarına malik olan daha böyük güclər var. Ona görə də biz yalnız o ssenariyə hazırlaşmamalıyıq ki, Rusiya Ukraynada məğlub olacaq, hansısa bir sülh sazişi imzalayacaq, bu da Azərbaycanda, o cümlədən  Qarabağda Rusiyanın təsirinin zəifləməsinə gətirib çıxaracaqdır. Yalnız bir ssenariyə hazırlaşmaq yanlış olardı. Çünki həmin ssenarinin baş tutma ehtimalının nə dərəcədə olduğunu bilmirik. Və bu səbəbdən də bir neçə ssenari üzərində işləyərək onların hər birinə dair ayrı-ayrılıqda özümüzün strateji və taktiki planlarımızı hazırlamalıyıq”-deyə davamında analitik vurğulayıb.
7Times.az