İdman

33 idmançımız mübarizəni başa vurub, 3 medalımız var

33 idmançımız mübarizəni başa vurub, 3 medalımız varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın daha iki idmançısı Tokio-2020-də mübarizə aparıb.

Busaat.az xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (74 kq.) olimpiadada debüt edib. O, 1/8 final mərhələsində Ukraynalı Vasil Mixaylova qalib gəlib. Lakin Bayramov növbəti görüşündə İtaliyatəmsilçisi Frank Çamizoya uduzub. Rəqibi finala yüksələ bilmədiyinə görə Turan bürünc medal şansını itirib.

Karateçimiz Firdovsi Fərzəliyev (67 kq.) isə A qrupunda mübarizə aparıb. O, ilk qarşılaşmasında türkiyəli Eray Şamdana məğlub olub. Daha sonra yaponiyalı Naoto Saqoya qalib gələn Fərzəliyev son iki görüşündə qazaxıstanlı Darxan Assadılov və misirli Əli Elsava uduzub. Öz qrupunda sonuncu – beşinci yeri tutan karateçi olimpiadada mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycanın 33 təmsilçisi Tokio-2020-də çıxışını başa vurub. Onlardan yalnız 3-ü medal qazana bilib.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) – bürünc

Boks: Alfonso Dominges (81 kq) – bürünc

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) – bürünc

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov

Atletika: Nazim Babayev (üç təkanla tullanma)

Karate: Firdovsi Fərzəliyev (67 kq)

Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

Qadın güləşi: Elis Manolova (68 kq)

Sərbəst güləş: Turan Bayramov (74 kq)

Gözləyənlər

Sərbəst güləş: Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq)

Qadın güləşi: Mariya Stadnik (50 kq)

Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova

Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina

Karate: Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq).