İdman

5 pillə geriyə – FİFA-nın yeni reytinqi

5 pillə geriyə – FİFA-nın yeni reytinqibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

7Times.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi ötən reytinqlə müqayisədə 5 pillə geriləyib. Yığmamız 1158 xalla 117-ci sırada qərarlaşıb.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1674 xalla 7-ci (+1), Serbiya 1515 xalla 28-ci (+1), İrlandiya 1418 xalla 50-ci (-3),Lüksemburq isə 1244 xalla 94-cü (+2) yerdədir.

Siyahıya Belçika (1832) başçılıq edir. Braziliya (1811) 2-ci, İngiltərə (1755) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi bu ay DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzub, İrlandiya ilə heç-heçə edib – 1:1.