İdman

5 ulduz futbolçu “Mançester Siti”ni tərk edir – ADLAR

5 ulduz futbolçu “Mançester Siti”ni tərk edir – ADLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti” klubu yay transfer pəncərəsində 5 əsas oyunçusu ilə vidalaşa bilər.

Offsideplus.az “El Chiringuito”ya istinadən xəbər verir ki, İlkay Gündoğan, Bernardo Silva, Kayl Uoker, Joao Kanselu və Emerik Laport komandada ayrılmaq istəyən futbolçulardır. Baş məşqçi Pep Qvardiola komandada xoşbəxt olmayan oyunçuları göndərməyə hazırdır.

Cari mövsümün sonu “Siti” ilə müqaviləsinin müddəti başa çatacaq Gündoğan “Barselona” klubuna keçmək istəyir. Uzun müddət “Barselona” və PSJ klublarının hədəfində olan Bernardo Silva komandadan ayrılmağı düşünür. Futbolçu “Siti”nin bir neçə təklifini geri çevirib.

Kanselunun xoşbəxt olmadığı bildirilir. Laport da oxşar səbəblərdən 2023-cü ilin yayında İngiltərə Premyer Liqasını tərk etməyi düşünür.

Qeyd edək ki, “Mançester Siti” turnir cədvəlində 45 xalla 2-ci pillədə qərarlaşıb.