İdman

“7-8 qol vurmalıydıq” – Simone İnzagi

“7-8 qol vurmalıydıq” – Simone İnzagibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya çempionatının 9-cu turunda öz meydanında “Yuventus”la 4:4 hesablı heç-heçə edən “İnter”in baş məşqçisi Simone İnzagi oyunu dəyərləndirib.

7Times.az  xəbər verir ki, onun sözlərini Turin klubunun rəsmi saytı belə çatdırıb:

“Baş məşqçi olaraq deməliyəm ki, 7-8 qol vurmalıydıq. Uşaqlar üzgündürlər, amma qələbə qolunu vura bilməsək də, biz yaxşı oynadıq. Rəqib üçüncü dəfə qapımıza yol tapandan sonra komandamız bir qədər gərginlik nümayiş etdirdi. Futbol belədir. Bu oyundan dərs çıxardıq.

Qələbə üçün nə çatmadı? Bir qədər qərarlılıq. Düzdür, nəticəyə görə məyusuq, amma mən meydanda çox sayda qol vəziyyəti yaradan komanda gördüm. Daha artığına layiq olduğumuz halda, heç-heçə etdik. Neytral azarkeşlər yəqin ki, oyundan həzz aldılar”.

Fanat.Az