Şabran

Xaçmazda 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Xaçmazda 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda avtoqəza nəticəsində 4 nəfər xəsarət alıb.

“Report”un Şimal bürosunun məlumatına görə, Xaçmaz-Şabran yolunda “VAZ-Niva” markalı minik avtomobili ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub.

Nəticədə 1960-cı il təvəllüdlü Mustafayev Vaseh Barcə oğlu, 1964-cü il təvəllüdlü Mustafayeva Lyudmila Nəcməddin qızı, 1988-ci il təvəllüdlü Əhmədov Elvin Kəmaləddin oğlu, 1964-cü il təvəllüdlü Quliyev Nadir Qulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.