Xaçmazda saxlanılan hərbi komissar Rahim Ağayev vətəndaşdan tələb etdiyi 8.000 manat məbləğində pul vəsaitinin 5.000 manatını rüşvət alıb.
İki gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilməsi haqqında məlumat vermişdik. Həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi saxlanılmışdır.
Əməliyyat-istintaq tədbirləri ilə məlum olub ki, Rahim Ağayev çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində rüşvət alıb. Onun xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Follow @7timesaz