Xaçmaz

Xudatda narkotik əməliyyatı : 2 nəfər saxlanılıb – VİDEO

Xudatda narkotik əməliyyatı : 2 nəfər saxlanılıb – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 7Times.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Vüqar Məmmədxanov və Ayaz Rəhimov saxlanılıblar . Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Vüqar Məmmədxanovun barəsində həbs qətimkan tədbiri, Ayaz Rəhimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.