Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Torqan Hazar karyerasını Belçikada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu “Anderlext”ə transfer olunub.
Məlumatı Belçika klubunun saytı yayıb. Hzarla 3 illik müqavilə imzalanıb.
O, yeni komandasında 11 nömrəli forma ilə oynayacaq.
Qeyd edək ki, Torqan Belçika millisində 47 oyuna çıxaraq 9 qolla yadda qalıb.
Follow @7timesaz