Dünya

“Ukrayna ilin sonuna qədər bütün müdafiə xətlərini yara bilər” – ABŞ kəşfiyyatı

“Ukrayna ilin sonuna qədər bütün müdafiə xətlərini yara bilər” – ABŞ kəşfiyyatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunun son bir neçə həftə ərzində əldə etdiyi uğurlar Qərbdə optimizm yaradıb.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ kəşfiyyatı Ukrayna ordusunun bu ilin sonuna qədər Rusiyanın qalan müdafiə xətlərini də yarıb keçəcəyinə inanır. Bu optimist proqnozların yaranmasına səbəb xüsusilə də son iki həftə ərzində Ukraynanın nail olduğu irəliləyişdir.

Pentaqonun Kəşfiyyat idarəsinin təhlil mərkəzinin rəhbəri Trent Mol “The Econimist”-ə bildirib ki, Ukraynanın Rabotino yaşayış məntəqəsi istiqamətində iki müdafiə xəttini yara bilərək, platsdarm yaratması əhəmiyətli uğurdur. Onun dediyinə görə, Ukrayna generallarının fikrincə, Rusiya öz müdafiə resurslarının 80 faizini birinci və ikinci müdafiə xətlərinə yerləşdirib. Üçüncü xətt isə əvvəlki ikisindən xeyli zəifdir. Lakin buna baxmayaraq, Mol deyib ki, ilin sonuna qədər Ukraynanın bütün müdafiə xətlərini yarması real görünsə də, bunu həyata keçirmək çox çətin olacaq.

Amerikalı mütəxəssis də əksər ekspertlər kimi qeyd edib ki, hər şey Qərbin Ukraynanı lazımi silah-sursatla hansı miqdarda və hansı sürətlə təmin edəcəyindən asılı olacaq.